Qoroskop
Astroloji proqnoz - 25 sentyabr
QOÇ - Təxminən saat 14-ə qədər bütün vacib işlərinizi
yekunlaşdırın. Çünki sonrakı ərəfə bu istiqamətdə uğursuz ola
bilər. Sizə qarşı irad bildirənlərə qarşı dəliqanlı olmayın.
BUĞA - Ailə-sevgi münasibətlərində hər şey ürəyinizcə olsa da,
fəaliyyət zəminində ciddi xoşagəlməzliklər mümkündür. Ümumiyyətlə,
yaxşı olar ki, əsas vaxtınızı evdə keçirəsiniz.
ƏKİZLƏR - Bir qədər gərgin gündür. Ətrafınızda sizə mane olmaq
istəyənlər arta bilər. Bu səbəbdən də maksimum tədbirli
olmalısınız. Hər kəsə inanmayın. Bir anlıq neytral mövqe seçin.
XƏRÇƏNG - Həyatınız üçün mühüm olan vəzifələri kimlərinsə
mənafeyinə qurban verməyin. İndi yalnız özünüz üçün çalışmalısınız.
Aldığınız təklifləri dönə-dönə götür-qoy edin.
ŞİR - Əgər səhhətiniz normal deyilsə, bu gün mütləq həkimə müraciət
edin. Yoxsa, yatağa düşə bilərsiniz. Gümrah olduğunuz təqdirdə isə
ikitərəfli əməkdaşlığa başlaya bilərsiniz.
QIZ - Bütün vaxtınızı işə həsr edin. Çünki münasibətlər zəminində
elə bir uğurunuz olmayacaq. Olsa-olsa, axşama doğru ürəyinizə yaxın
olan adamlara baş çəkə bilərsiniz.
TƏRƏZİ - Bir qədər mübahisəli gündür. Çalışın ki, özünənəzarət
prinsiplərinə riayət edib təmkininizi qoruyasınız. Səhər
saatlarından bürcünüzə daxil olan Ayın neqativ təsirini də
unutmamalısınız.
ƏQRƏB - Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl! Müqəddəs
Avestadakı bu üç prinsipə sadiq qalın. Gələcəyinizin açarı da məhz
bundadır. Nədənsə sizdə Xeyirxah Fikir lazımınca alınmır.
OXATAN - Kifayət qədər mistik gündür. Qara qüvvələr ruhunuza
müdaxilə edə bilər. Odur ki, bəri başdan tədbirli olun. Nahardan
sonra müqəddəs ziyarətgahalara baş çəkməklə rahatlanacaqsınız
OĞLAQ - Sevindirici hadisələr yolunuzu gözləyir. Qayğınıza qalanlar
xeyli artacaq. Əmin olun ki, bəd günləriniz arxada qalmaqdadır.
Ağzıdualı olun ki, İlahinin diqqətini çəkəsiniz.
SUTÖKƏN - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu, daha çox işgüzar
əlaqələr zəminində baş verəcək. Saat 16-dan sonrakı ərəfəni isə
bütünlüklə sevgiyə həsr edin. Qaba rəftardan uzaq olun.
BALIQLAR - Kifayət qədər uğurlu gündür. Qarşıya qoyduğunuz bir çox
məqsədlərə nail ola biləcəksiniz. Ələlxüsus da məhəbbət
məsələlərində hər şey ürəyinizcə olacaq. Heç kimə yalan vəd
verməyin.
-
Sosial12:12
Mübariz İbrahimovun atası vəfat etdi
-
İdman10:45
"Qarabağ"da toy var: Futbolçusu Qurban Qurbanovla qohum olur - FOTO
-
Hadisə10:05
Azərbaycanda zəlzələ oldu
-
İdman09:36
Messinin Antonellası yarımçıq qalan arzusundan danışdı: Görün kimlər üçün darıxır - FOTOLAR
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI