Onlar göründükləri qədər ədəbli deyillər - ƏN ƏXLAQSIZ BÜRCLƏR
Bizi izləyin

Qoroskop

Onlar göründükləri qədər ədəbli deyillər - ƏN ƏXLAQSIZ BÜRCLƏR

Hər bürc insanı kənardan göründüyü qədər ədəbli ola bilmir. Xaricidən son dərəcə sakit və əxlaqlı görünən bu insanlar bəzən daxilən heç də elə deyil. Əlbbəttə ki, əxlaqi dəyərlər insanın xarakterindən asılıdır və bürclərlə birbaşa əlaqəsi yoxdur. Lakin digər ortaq xüsusiyyətlərin eyniliyi kimi bunun da astrologiya ilə bağlılığı danılmazdır.

Publika.az daxilən, eləcə də şəxsi münasibətlərdə ən ədəbsiz olan bürcləri sizlərə təıqdim edir:

Dolça

Səsiz, sakit halları ilə tanınsalar da onlar zodyak aləminin ən yalançı bürcləri sırasında birincidirlər. Anlıq deyil, davamlı və gələcəkyönümlü yalanlar danışan dolçaları bəzən saxlamaq mümkün olmur. Xarakterləri bir andaca dəyişə bilir. Buna görə də dolçalar onlardan gözlənilməyən hərəkətlər edirlər. Dolçalar üçün yaxın ya da uzaq fərqi yoxdur. Onlar hər kəsi asanlıqla aldatmaqda mahirdirlər. Əlbəttə ki bu da etik davranış qaydalarına heç də uyğun deyil. Bu səbəbdən də dolçalar diqqət edilməli bürclər sırasındadır.

Buğa

Son dərəcə sadiq, məsafəli və güvən verən insanlar olan buğalar əslində heç də göründükləri qədər saf deyillər. Buğalar bütün bu gözəl xüsusiyyətlərini partnerlərinin yanında unuda bilir, bir andaca ədəbsiz insana çevrilirlər. Buğa ünsürünün nümayəndələri həm də şəhvətli olmaqları ilə tanınırlar.

Tərəzi

Cəmiyyət içində duyğusal davranışlar sərgiləyən tərəzilərin böyük-böyük danışmaqlarına baxmayın. Söhbət şəxsi münasibətlərdən gedəndə tərəzilər ədəbsiz yönlərini asanlıqla biruzə verirlər. Tərəzilər göründüklərindən daha çox cilvəlidirlər. Aşiq olan zaman sadiq qalsalar da "flört" zamanlarında olduqca şorgözdürlər. Ona görə də, tərəzilərlə yaxın münasibət qurursunuzsa onları iki dəfə tanıya bilərsiniz. (baku.vs)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm