Qoroskop
Astroloji proqnoz - 30 dekabr
QOÇ - Yeni il yaxınlaşdıqca öhdəlikləriniz də artmaqdadır. Ətrafınızda olanlara biganə yanaşmayın. Sizə ehtiyac duyanlara mərhəmət göstərin. Şəxsi işlərinizdə dönüş gözlənilir.
BUĞA - Gərgin bir gün yaşaya bilərsiniz. Orqanizminizdə baş qaldıran nasazlıq və qarşılıqlı münasibətlərdə gərginlik sizi yora bilər. Nəzərə alın ki, saat 15:55-dən mənfi enerjili Ay bürcünüzdə olacaq.
ƏKİZLƏR - Ailədaxili məsələlərə təmkinlə yanaşsanız, mənfi enerjili qüvvələr sizi yoldan döndərə bilməyəcək. Bugünkü təqvimdə maddi rifah halınızın yüksələcəyinə də inam bəsləyin.
XƏRÇƏNG - Ən düşərli zaman kəsiyindən məhz siz keçəcəksiniz. Sevindirici xəbərlər, perspektivli təkliflər ovqatınıza müsbət təsir göstərəcək. Sevgi amili isə daha ön plana çəkiləcək.
ŞİR - Özünüz şərait yaratmasanız, kimsə işlərinizə müdaxilə etməyəcək. Pulla bağlı sövdələşmə və planların heç birini təxirə salmayın. Axşama doğru maraqlı insanlarla görüşəcəyiniz də mümkündür.
QIZ - İşlərinizə mane olan bədxahlara qarşı tədbirli olun. Bu təqvimdə həmkarlarınıza da çox bel bağlamayın. Əgər bu gün işləməsəniz, mənfi çalarlı heç bir hadisə baş verməyəcək.
TƏRƏZİ - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi neytral şəkildə ötürəsiniz. Hansısa qeyri-adiliklərə, risklərə getməyin. Sağlamlığınıza isə xüsusi diqqət yetirin. Sövdələşmələrdən yayının.
ƏQRƏB - Ümumi ovqatınızda müəyyən natarazlıq olsa da, bunun səbəbi insanlardan yox, təbiətin pozulmuş ahəngindən irəli gəlir. Buna baxmayaraq, ulduzlar perspektivli təkliflər alacağınızı göstərir.
OXATAN - Ailə-sevgi münasibətlərinə həssas yanaşsanız, qarşınızı kəsən digər maneələri asanlıqla dəf etmək imkanı qazanacaqsınız. Şəxsi büdcənizi mənasız məsrəflərə xərcləməyin.
OĞLAQ - Astroloji göstəricilər soyuqdəymə halları ilə rastlaşacağınıza işarə edir. Qalın geyinməklə bahəm, qida və yuxu rejiminə də fikir verməlisiniz. İndi "hakim" bürc olduğunuzu unutmayın.
SUTÖKƏN - Bayram ovqatlı bu gözəl təqvim sizin üçün ən düşərli ərəfə olacaq. Narahat olmağa heç bir səbəb yoxdur. İstənilən sövdələşmədə iştirakınız uğurlu olacaq. Uzaq səfərə çıxmağa dəyər.
BALIQLAR - Daxili sıxıntılarınıza biganə yanaşmayan Göy qübbəsi bu təqvimdə qayğınıza qalacaq. Sizsə öz növbənizdə başqalarının işinə qarışmamalı, yalnız öz problemlərinizlə məşğul olmalısınız.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO