Qoroskop
Səbuhi Rəhimlidən fevralın 18-nə olan astroloji proqnoz
QOÇ – Astroloji göstəricilər daha çox şəxsi büdcənizin artacağından xəbər verir. Hətta bunun naminə digər məsələləri ikinci plana da sala bilərsiniz. Çünki ulduzlar gələn həftəyə imkanlı şəkildə qədəm qoyacağınızı bildirir.
BUĞA - İstər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə ümumi axar ürəyinizcə olacaq. Başlıca probleminiz olan maliyyə çətinlikləri isə qismən də olsa, qaydasına düşəcək.
ƏKİZLƏR - Günboyu qazanc əldə etmək üçün yaxşı imkanlarınız olacaq. Bu səbəbdən nahara qədər yarımçıq işlərinizi yekunlaşdırmağa çalışın. Nəzərə alın ki, bu ərəfə daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək.
XƏRÇƏNG – Saat 10-12 arası ətrafınızda, həmçinin daxilinizdə ümumi bir gərginlik hökm sürəcək. Bu isə ümumi ovqatınızı aşağı sala bilər. Yaxşı olar ki, həmin müddəti evdə keçirəsiniz. Sonrakı saatlar çox düşərlidir.
ŞİR - Bu təqvimi romantik tərzdə keçirmək istəyirsinizsə, aldığınız dəvətlərə "yox" deməyin. Çünki evdə qalmaq sizin üçün darıxdırıcı keçə bilər. Yeni işlərlə bağlı müəyyən səfərlər etmək olar.
QIZ - Perspektivlərinizin reallaşması üçün bir qədər mürəkkəb gündür. Hətta vəzifə pilləsində müəyyən uğursuzluq ehtimalınız da var. Odur ki, hər bir situasiyaya təmkinlə yanaşmağa çalışmalısınız.
TƏRƏZİ - İxtiyarınızda olan gün sizin üçün çox sakit keçəcək. Amma kiməsə borc vermək, ümumiyyətlə riskli sövdələşmələrə getmək uğurlu deyil. Bu gün sənədləşdirmə işlərinizi də qaydasına salın.
ƏQRƏB - Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Amma nəzərdə tutduğunuz ideyaları həyata keçirmək üçün mütləq risk etməlisiniz. Onsuz da əksər işləriniz risklər hesabına reallaşır.
OXATAN - Qarşınızda uğurlu bir gün durur. Bu baxımdan paralel olaraq bir neçə işdə fəaliyyət göstərə bilərsiniz. Hadisələrin müsbət inkişafı daha şanslı olmağınıza şərait yaradacaq.
OĞLAQ - Ümumi ab-hava əsəblərinizə mənfi təsir göstərsə də, bu, qarşınıza qoyduğunuz məqsədlərə yetişməkdə sizə mane olmayacaq. Hərdəmxəyallıq, acıdillilik etməyin. Yeni işlə bağlı uzaq dəvətlərə aludə olmayın.
SUTÖKƏN - Ulduzlar saat 12-yə qədər ayıq-sayıqlığınızı artırmağınızı məsləhət görür. Ələlxüsus da fəaliyyət zəminində baş verən bütün proseslərdə neytrallıq nümayiş etdirməlisiniz. Sonrakı saatlarda isə maraqlı hadisələrlə rastlaşacaqsınız.
BALIQLAR - Kosmik ahəngə uyğunlaşmağı bacarsanız, qayğılarınız da azalacaq. Qlobal problemlərinizin həll olunması üçün canfəşanlığınızı artırmalısınız. Bu addımınızı dəstəkləyən Göy qübbəsi bir çox məsələlərdə sizə yardımçı olacaq.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi