Qoroskop
Astroloji proqnoz - 28 aprel
QOÇ - Səhhətinizin qayğısına qala bilsəniz, gün ərzində başqa narahatçılığınız olmayacaq. Nahardan sonra sevindirici xəbərlər və ya ürəyinizcə olan təkliflər alacağınıza şübhə etməyin.
BUĞA - Maliyyə problemləriniz olsa da, bu, işgüzarlığınızı azaltmayacaq. Hətta ola bilsin ki, saat 15-18 arası maraqlı və perspektivli təklif də alasınız. Özünüzü buna hazırlayın.
ƏKİZLƏR - Ulduzlar kənar təsirlərdən uzaq olmağı, yalnız öz qərarınızla addım atmağı tövsiyə edir. Bu gün spirtli içki içmək, qarğış və qeybət etmək, o cümlədən yalan vədlər vermək yolverilməzdir.
XƏRÇƏNG - Hər mənada düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizdən xəbər verəcək. Əlbəttə ki, bunun üçün özünüz də canfəşanlıq göstərməlisiniz. Sövdələşmələrdə aktiv olun.
ŞİR - Bu təqvimi təsadüflərlə başa vuracaqsınız. Gözləmədiyiniz adamlarla, ağlınıza gətirmədiyiniz xəbərlərlə rastlaşacaqsınız. Axşama doğru sürprizlər də mümkündür. Şəxsi büdcənizlə bağlı narahat olmayın.
QIZ - Ulduzlar xəbər verir ki, bu təqvim şəxsi işlərinizdə yeni mərhələnin baş qaldırmasına səbəb ola bilər. Bunun üçün müsahiblərinizə diqqətlə qulaq asmalı, düz seçim etməlisiniz.
TƏRƏZİ - O qədər də ürəkaçan ərəfə deyil. İlk növbədə səhhətinizə diqqət yetirin. Çünki ulduzlar sağlıq durumunuzun aşağı səviyyəyə düşəcəyini bəyan edir. Riskdən də uzaq olun.
ƏQRƏB - Saat 16-ya qədər bütün vacib işlərinizi yekunlaşdırmağa çalışın. Həmin ərəfədə şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Sonrakı müddəti isə daha çox istirahətə həsr edin.
OXATAN - Sizin üçün müəyyən mənada mistik gündür. Daxili sıxıntılarınızı və ruhi zəifliyinizi aradan qaldırmaq üçün müqəddəs ziyarətgahlarımıza üz tutun. Dini qaydaları pozmayın.
OĞLAQ - Neçə vaxtdan bəri daxilinizdə mövcud olan gərginlik səngimədiyindən naharaqədərki ovqatınız aşağı səviyyədə ola bilər. Sonrakı saatlarda isə sürprizlər gözlənilir.
SUTÖKƏN - Astroloji göstəricilər yalnız səfər və qonaqlıqlar üçün səmərəli vaxt olduğunu bəyan edir. Digər məsələlərdə, xüsusən də fəaliyyət zəminində isə proseslər o qədər də uğurlu olmayacaq.
BALIQLAR - Kifayət qədər xoş məqamlar yaşayacaqsınız. Bir tərəfdən yeni işgüzar əlaqələr, digər tərəfdənsə ətrafınızdakıların sizə bəraət qazandırması ovqatınızı yüksəldəcək.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ