Qoroskop
Astroloji proqnoz - 26 may
QOÇ - Zamanın nəbzini tutmaqda hələ də çətinlik çəkirsiniz. Tərslikdən lazımi adamların köməyindən də bəhrələnmirsiniz. Bəlkə papağı qarşınıza qoyub yaxşı-yaxşı düşünəsiniz?!
BUĞA - İşgüzarlığınız artıdığından qarşınıza qoyduğunuz məqsədlərin əksəriyyətini reallaşdıra bilərsiniz. Bəxtinizin gətirəcəyinə ümid edin. Nahardan sonra ovqatınız xeyli yüksələcək.
ƏKİZLƏR - "Hakim" olduğunuz bu dövrün maliyyə uğurunu görməyə başlayacaqsınız. Saat 13-16 arası bu istiqamətdə daha əlverişli şanslar qazana bilərsiniz. Qərarlarınızda qəti olun.
XƏRÇƏNG - Cərəyan edən bütün proseslərə reallığın gözü ilə baxın. Çünki indiki dünya fantaziyaları qəbul eləmir. Səfərə çıxmaq üçün olduqca münasib gün olsa da, büdcənizə görə hərəkət edin.
ŞİR - İş mane olmasa, səyahət və doğmalarla görüşmək üçün əlverişli vaxtdır. Maddi durumunuzda da nəzərəçarpacaq irəliləyişlər mümkündür. Bütün hallarda tənhalığa aludə olmayın.
QIZ - Təxminən saat 11-dən 15-ə qədər bəzi xoşagəlməzliklərlə rastlaşa bilərsiniz. Bu səbəbdən də həmkarlarınızla, rəhbərinizlə nəzakətli davranın. Yersiz mübahisələr zərərinizədir.
TƏRƏZİ - Ulduzların düzümünə görə, bu təqvimdə hər şeydən əvvəl səhhətinizi qorumalı, şər işlərdən uzaq olmalısınız. Çalışın ki, hisslərinizi cilovlayasınız. Axşam sürprizlə rastlaşacaqsınız.
ƏQRƏB - Bu gün xırdaca mübahisəyə də getməməlisiniz. Əks halda, bəzi yaxınlarınızla aranızda soyuqluq yaranacaq. Situasiyaları kontrolda saxlasanız, axşam xoş ovqat qazanacaqsınız.
OXATAN - Peşəyönümlü fəaliyyətinizdə uğurlu nüanslarla qarşılaşacaqsınız. Perspektivli görüşləriniz də istisna olunmur. Əzmkarlığınızı artırsanız, qazanc da əldə edəcəksiniz.
OĞLAQ - O qədər də uğurlu gün deyil. Yalnız nahara qədər xırda nailiyyətləriniz ola bilər. Uzaq yola çıxmaq, riskli işlərə girişmək məsləhət deyil. Qida rasionunuzu zənginləşdirin.
SUTÖKƏN - Maddi durumunuzda irəliləyişlər gözlənilir. Lakin hansısa vacib məsələdə yanlış qərar çıxarmaq ehtimalınız da var. Odur ki, proqnozumuzu oxuyan kimi tədbir görməyə hazırlaşın.
BALIQLAR - Sövdələşmə aparmaq üçün şanslı vaxtdır. Amma gərək danışıqlar ikitərəfli istiqamətdə baş versin. Məxfi təkliflərə başdansovdu yanaşmayın. Ciddi işləri bu günə salmayın.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi