İstanbulda tanker XVIII əsrə aid saraya çırpıldı - FOTO
Bizi izləyin

Region

İstanbulda tanker XVIII əsrə aid saraya çırpıldı - FOTO

Türkiyədə tanker İstanbulun Bosfor boğazı sahilində yerləşən köhnə saray binasına çırpılıb.

Publika.az "CNN Turk"ə istinadən xəbər verir ki, qəza İstanbulun şimal hissəsində yerləşən Sultan Mehmet Fatih körpüsü yaxınlığında baş verib.

İlkin məlumatlara görə, hadisəyə tankerin sükan avadanlığının ilişməsi səbəb olub. Qəza yerinə sahil mühafizəsinin gəmiləri gələrək tankeri binadan uzaqlaşdırıblar.

Hadisə nəticəsində xəsarət alan olmasa da, tarixi əhəmiyyətə malik XVIII əsrə aid saraya böyük ziyan dəyib. Binanın divar və tavanının yarısı uçub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm