Generalın keçmiş arvadının lüks mənzili satışa çıxarıldı - Fantastik məbləğ
Bizi izləyin

Region

Generalın keçmiş arvadının lüks mənzili satışa çıxarıldı - Fantastik məbləğ

Rusiyanın müdafiə nazirinin müavini, ordu generalı Timur İvanovun rüşvət aldığına görə həbs edildiyi gün onun keçmiş həyat yoldaşının adına qeydiyyatda olan mənzil satışa çıxarılıb.

Publika.az xəbər verir ki, mənzil Moskvanın mərkəzində yerləşir. Onun dəyəri 500 milyon rubl (təxminən 9 milyon 250 min manat) olub.

“Moskvanın mərkəzində Timur İvanovun keçmiş həyat yoldaşına məxsus mənzil 500 milyon rubla satışa çıxarılıb. Povarskaya küçəsindəki lüks daşınmaz əmlakın sahəsi 317 kvadratmetrdir. İçərisində: qonaq otağı, yemək otağı, mətbəx, ofis, üç yataq otağı, hər birinin öz vanna otağı və soyunub-geyinmə otağı, əlavə hamam, paltar üçün ayrıca otaq, işçilər otağı. Tavanın hündürlüyü dörd metrə qədərdir”, - “Mash” teleqram kanalı yazır.

Mülk sahibinin hazırda harada olduğu barədə məlumat verilmir.

Xatırladaq ki, Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanov külli miqdarda rüşvət almaqda ittiham edilərək həbs edilib. O, ilkin olaraq 1,185 milyard rubl (10,6 milyon dollar) rüşvət almaqda təqsirləndirilir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm