Övlad arzusuyla yaşayan 5 aylıq hamilə qadın evində ölü tapıldı
Bizi izləyin

Region

Övlad arzusuyla yaşayan 5 aylıq hamilə qadın evində ölü tapıldı

Bursada baş verən hadisə hər kəsi şoka salıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 aylıq hamilə qadın evində ölü tapılıb. Evə gələn qayınatası gəlinin cansız bədəniylə qarşılaşıb.

Dərhal təcili yardım çağırılıb. Həkimlər gənc qadının bətnindəki körpəsinin də öldüyünü bildirib.

Epilepsiya xəstəsi olan mərhumun bir neçə dəfə hamilə qaldığı, lakin uşaq dünyaya gətirə bilmədiyi məlum olub. Onun ölüm səbəbi tibbi ekspertizanın rəyindən sonra dəqiq bilinəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm