Xristian-islam müharibəsi BAŞLAYA BİLƏR - Ərdoğandan ANONS
Bizi izləyin

Region

Xristian-islam müharibəsi BAŞLAYA BİLƏR - Ərdoğandan ANONS

Avstriya hökumətinin qərarları dinlərarası qarşıdurmanın alovlandırılmasına imkan yaradır.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Avstriyanın ölkədəki 7 məscidin bağlanması və 40 imamın deportasiyası barədə qərarını şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Avropaya, daha doğrusu Avstriyanın kanslerinə (Sebastian Kurz –red.) müraciət edirəm. Sənin hərəkətlərin sənə çox bədbəxtlik gətirə bilər. Avstriyada məscidlərin bağlanması, müsəlman din xadimlərinin ölkədən deportasiyası xristian və islam arasında yeni döyüşün başlanmasına səbəb ola bilər. Bunun səbəbkarı sən olacaqsan”, - Ərdoğan deyib.

Dövlət başçısı vurğulayıb ki, Arakanda müsəlmanların öz torpaqlarından sürgün olunması və Avropanın mərkəzində məscidlərin bağlanması mahiyyətdə eyni hadisələrdir.

Xatırladaq ki, Avstriyanın baş kansleri Sebastian Kurz öz ölkədəki 7 məscidin bağlanacağını və 40 imamın deportasiya ediləcəyini bəyan edib. Avstriyanın din azadlığını dəstəklədiyini deyən kansler ölkədə siyasi islam və radikalizmə yer olmadığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm