Türkiyənin hakim partiyasının üzvlərinə silahlı hücum: ölənlərin sayı artdı - - FOTOLAR
Bizi izləyin

Region

Türkiyənin hakim partiyasının üzvlərinə silahlı hücum: ölənlərin sayı artdı - - FOTOLAR

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan təşkilat üzvlərinə silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində, ümumilikdə, 13 nəfər yaralanıb, onlardan 4-ü yerləşdirildiyi xəstəxanada həyatını itirib. Ölənlər arasında deputatın qardaşı Mehmet Ali Yıldız da var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: "Ötən gün PKK-HDP terror təşkilatı millət vəkilimizin qardaşını hədəf alaraq öldürdü, ailədən bir neçə nəfəri də yaraladı. Ancaq millətimizin hüzurunu qaçırmağa heç kimin haqqı yoxdur". ***

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər ölüb 8-i yaralanıb.

Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm