Türkiyə Süleyman şah türbəsini bərpa edəcək
Bizi izləyin

Region

Türkiyə Süleyman şah türbəsini bərpa edəcək

PYD/YPG terrorçuları Suriyanın Münbic bölgəsindən çıxarılandan sonra Süleyman şah türbəsi bərpa olunacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Münbiç və Karakozak bölgəsinin mühafizəsini də öz üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir.

Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndində yerləşir. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə ərazidir.

Xatırladaq ki, 2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu bölgə İŞİD-in nəzarətinə keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm