Prezidentin kürəkəninə SİLAHLI HÜCUM - Xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Region

Prezidentin kürəkəninə SİLAHLI HÜCUM - Xəstəxanaya yerləşdirildi

Gürcüstan prezidentinin kürəkəni Mindia Qoqoçuriya naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, ötən gün baş verən hücumdan sonra o, güllə yarasıyla xəstəxanaya yerləşdirilib.

Hücumun kimlər tərəfindən və hansı səbəblə törədildiyi məlum deyil.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.

Xatırladaq ki, Mindia Qoqoçuri Georgi Marqvelaşvilinin birinci evliliyindən olan qızının həyat yoldaşıdır. Ona ilk dəfə 2017-ci ilin yanvarında silahlı hücum olmuş və ayağından yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm