Türkiyə 15 iyul qiyamının ikinci ildönümünə hazırlaşır - FOTO
Bizi izləyin

Region

Türkiyə 15 iyul qiyamının ikinci ildönümünə hazırlaşır - FOTO

2016-cı ilin iyulun 15-də Türkiyədə FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən dövlət çevrilişinə cəhdinin ikinci ildönümü yaxınlaşır.

Bu məqsədlə Türkiyədə müxtəlif səpkili tədbirlər keçiriləcək, çevrişə cəhd edən FETÖ terror təşkilatı lənətlənəcək, hadisə zamanı şəhid edilən türk vətəndaşlar anılacaq.

Artıq bununla bağlı İstanbulun Taksim Meydanında xüsusi səhnə qurulub, meydan bayraqlarla bəzədilib. Şəhid edilən əsgər və mülki vətəndaşların fotolarına rast gəlinir. İstanbul sakinləri Taksimdə 15 iyun hadisələrini xatırlayacaq.

Qeyd edək ki, 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhd və buna qarşı xalqın qətiyyətli dirənişi ölkədə qəhrəmanlıq səlnaməsi kimi qəbul edilir.

Xatırladaq ki, 2016-cı ilin 15 iyulunda Türkiyədə uzun illər ordu, polis, jandarma və digər dövlət strukturlarında şəbəkləşməyi bacaran FETO terror təşkilatı dövlət çevrilişinə cəhd edib. Çevrilişçilər Türkiyə Böyük Millət Məclisini bombalayıb, bir sıra dövlət əhəmiyyətli obyektləri, o cümlədən TRT kanalını ələ keçirib. Lakin türk xalqının qətiyyətli dirənişi, Prezident Ərdoğana açıq dəstək verməsi bu xain planın həyata keçməsinin qarşısını alıb (Teleqraf.com”).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm