Region
“Azərbaycan kassası” adları bir-bir açıqladı – Ölkəmizdə FETÖ-yə KİMLƏR İŞLƏYİR?
Fətullahçı Terror Təşkilatının (FETÖ) “Azərbaycandakı kassası” hesab edilən və Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən Türkiyəyə aparılan İsa Özdəmir etirafçı olmaq istədiyini bildirib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, FETÖ-nün üzvü olmadığını, əksinə təşkilata nifrət etdiyini deyib.
Prokurorluq mənbələri İsa Özdəmirin bir etirafçı olaraq qəbul edilib-edilməyəcəyi barədə daha sonra qərar veriləcəyini söyləyiblər.
Ankara Respublika Prokuroru Birol Tufana verdiyi ifadəsində isə İsa Özdəmir bunları söyləyib:
“Bakı kiçik bir yer olduğu üçün hamı bir-birini tanıyır. Xüsusilə, türklər bir-birlərini tanıyır. A.Ş. adlı şəxs FETÖ terror təşkilatının içində yer alır. Təşkilat içində söhbətləri koordinasiya edir. Ticarətlə məşğul olur. E.T. adlı adamı da yaxşı tanıyıram. Ticarətlə məşğul olur. Daha əvvəl Quba şəhərində FETÖ-yə aid kollecdə işlədiyini bilirəm. F.Y. adlı şəxs də FETÖ-nin üzvüdür. O, söhbətlərdə iştirak edir və ticarətlə məşğul olur. M. Ç. adlı şəxsin FETÖ-yə simpatiyası var. Ş.K. iş adamıdır və təşkilata yardım edir. F.S.B. də FETÖ-də yer alan və təşkilata yardım edən birisidir. Pərdə satışı ilə məşğul olur”.
FETÖ üzvü İsa Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Özdəmirin FETÖ-nün "Azərbaycan kassası" olaraq da xidmət etdiyi bildirilir. O, inşaat sektorunda “Avro 2000” firmasının sahibi kimi FETÖ-nün çirkli pullarının yuyulmasını həyata keçirib.
Ömər
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI