Ərdoğanın üzünə baxa-baxa ELAN ETDİ: Trampa gözlənilməz ZƏRBƏ
Bizi izləyin

Region

Ərdoğanın üzünə baxa-baxa ELAN ETDİ: Trampa gözlənilməz ZƏRBƏ

Türkiyədə səfərdə olan İraqın baş naziri Heydər əl-İbadi ABŞ-ın hücumları qarşısında Ankaraya dəstək verəcəklərini bəyan edib.

Publika.az
xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşən İbadi “türk lirəsi ilə baş verən problemlərə qarşı Türkiyəni dəstəkləyirik” deyə bildirib.

Kərkükdən Türkiyəyə neft veriləcəyini açıqlayan İbadi bildirib ki, Kərkükün Ovaköy bölgəsinə neft boru xəttinin çəkilməsi planlaşdırılır.

“İkinci gömrük qapısının açılması çox əhəmiyyətlidir. Hazırda türk lirəsi ilə baş verən problemlərə qarşı Türkiyənin yanındayıq. Biz Türkiyə prezidenti və nazirlərindən çox dəstək gördük”, - deyə o bildirib.

Qeyd edək ki, İraq ABŞ-ın İrana qarşı sanksiyalarına dəstək verib. Lakin İbadinin ABŞ-ın Türkiyəyə hücumlarına qarşı çıxması Tramp üçün gözlənilməz yerdən zərbə oldu.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm