Ərdoğan, Putin və Ruhani görüşə hazırlaşır – Trampa qarşı İTTİFAQ
Bizi izləyin

Region

Ərdoğan, Putin və Ruhani görüşə hazırlaşır – Trampa qarşı İTTİFAQ

Türkiyə, Rusiya və İran prezidentləri sentyabr ayında Suriya münaqişəsinin həlli üçün bir araya gələcək.

Publika.az
xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin görüşünün Tehranda keçirilməsi planlaşdırılır.

“Üç ölkə liderinin Suriya münaqişəsinin həlli ilə bağlı zirvə görüşünün sentyabr ayında keçirilməsi ilə bağlı diplomatik iş həyata keçirilir. Diplomatik kanallar vasitəsilə görüşün dəqiq tarixi müəyyən ediləndə ictimaiyyətə açıqlama veriləcək”, - deyə o bildirib.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da bildirib ki, zirvə görüşünün Tehranda keçirilməsi planlaşdırılır: "Tarix tam dəqiqləşəndə məlumat veriləcək”.

Qeyd edək ki, bu üç ölkə arasında Suriya münaqişəsinin həlli ilə bağlı başlanan Astana prosesi davam edir. Lakin ABŞ-ın Türkiyə, İran və Rusiyaya qarşı hücumları fonunda üç liderin bir araya gəlməsi Donald Trampa qarşı ittifaqın daha da güclənməsi ilə nəticələnəcəyi gözlənilir.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm