Trampın sanksiyalarından qorxan turistlər üçün YENİ QAYDA
Bizi izləyin

Region

Trampın sanksiyalarından qorxan turistlər üçün YENİ QAYDA

İran hakimiyyəti xarici turistlər üçün pasportlarda ölkədən giriş və çıxış haqqında möhürləri ləğv etməyi təklif edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, təklif Amerikanın sanksiyalarına qarşı yönəlib.

Ölkənin mədəni irs, sənətlər və turizm üzrə prezident köməkçisi Əli Asqar Munesanın sözlərinə görə, yeni qayda İrana səfər etməkdən çəkinən xarici vətəndaşlar üçün nəzərdə tutulub.

“Polis və İranın Xarici İşlər Nazirliyi artıq bu təşəbbüsü bəyənib. İndi biz hökumətin razılığını gözləyirik”, - o bildirib.

Onun sözlərinə görə, cari ilin birinci rübündə İrana gələn turistlərin sayı 38 faiz artıb, amma Avropadan olan ziyarətçilərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm