Çavuşoğludan sərt açıqlama: "Bunun cavabını Amerika xalqı..."
Bizi izləyin

Region

Çavuşoğludan sərt açıqlama: "Bunun cavabını Amerika xalqı..."

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin ABŞ ilə yaşadığı siyasi və iqtisadi böhran haqqında açıqlama verib.

Publika.az xəbər verir ki, nazir Türkiyənin Amerika xalqı ilə problemi olmadığını bildirib.

Çavuşoğlu bu barədə serbiyalı həmkarı İvika Daçiç ilə görüşündən sonra danışıb.

“Problemlərin həllinə dair diplomatik yollar təqdim etdik, tövsiyələr verdik. Biz təhdid dilinə qarşıyıq. Biz deyirik ki, bu dillə bir nəticə əldə edilməz. Qarşılıqlı anlayış içərisində problemlər həll edilə bilər. Bizi öz seçkilərinə vasitə etmək istəyirlər. Görünür, ABŞ problemləri həll etmək istəmir. Seçkilərdə bu mövzuları vasitə kimi istifadə etmək istəyir. Bizim Amerika xalqı ilə işimiz yoxdur. Bunun cavabını da Amerika xalqının verməsi lazımdır” -, Çavuşoğlu qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm