Prezidentin sözçüsündən SƏRT REAKSİYA: "Yunanınstan terrorçular üçün ən təhlükəsiz ölkədir"
Bizi izləyin

Region

Prezidentin sözçüsündən SƏRT REAKSİYA: "Yunanınstan terrorçular üçün ən təhlükəsiz ölkədir"

Yunanıstanın FETÖ-çü əsgərlərə sığınacaq verməsi ilə bağlı qərarına ilk reaksiya Türkiyə prezidentinin sözçüsü İbrahim Kalından gəldi.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İbrahim Kalın bildirib ki, Yunanıstan son qərarı ilə özünün terrorçular üçün ən təhlükəsiz ölkə olduğunu bir daha sübut etdi: "Yunanıstan FETÖ-çuların, dövlət çevrilişinə cəhd edən fərari əsgərlərin sığınacaq hüququnu tanıyaraq onlar üçün ən təhlükəsiz ölkə olduğunu elan etdi. Yunanıstan təhlükəsiz ölkədir, amma terrorçular üçün. Bu biabırçı qərara qarşı Aİ də daxil olmaqla, bütün ölkələr reaksiya verməlidirlər".

Prezident sözçüsü Yunanıstanın bu addımı ilə beynəlxalq müqavilələri pozduğunu və buna görə çox peşman olacağını da vurğulayıb.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm