Qaşıqçının ölümünü gətirən son sözlər ORTAYA ÇIXDI - ŞOK DETALLAR
Bizi izləyin

Region

Qaşıqçının ölümünü gətirən son sözlər ORTAYA ÇIXDI - ŞOK DETALLAR

ABŞ-ın “Vaşinqton Post” qəzeti səudiyyəli jurnalist Camal Qaşıqçının son məqaləsini dərc edib.

Publika.az xəbər verir ki, məqalədə ərəb dünyasında kütləvi informasiya vasitələrinin azadlığının aşağı səviyyəsi və xəbərlərin işıqlandırılmasına dövlət təsirinin sərtləşməsindən danışılır.

“Jurnalistlər inanırdılar ki, internet xəbərləri çap mediasında olan senzura və nəzarətdən azad edəcək. Amma bu hökumətlər interneti təcavüzkarlıqla bloklayırlar”, - jurnalist yazıb.

O qeyd edib ki, ərəb jurnalistlərinin çoxu öz həmkarlarının çoxsaylı həbsləri haqqında susmağa üstünlük verirlər və beynəlxalq cəmiyyət tərəfindən mətbuatın azadlığının aşağı səviyyəsinin qınanması yoxdur. Jurnalistin fikrincə, 2011-ci ildə başlayan “Ərəb baharı”na böyük ümidlər bəslənilirdi, ancaq gözləntilər reallaşmadı: “Cəmiyyət ya əvvəlki status-kvoya qayıtdı, ya da əvvəllər mövcud olanlardan daha sərt şərtlərlə rastlaşdı”.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasında öldürüldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm