İranda GÜCLÜ ZƏLZƏLƏ - Xəsarət alanların sayı 729-a çatdı - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Region

İranda GÜCLÜ ZƏLZƏLƏ - Xəsarət alanların sayı 729-a çatdı - FOTO/VİDEO - (YENİLƏNDİ)

İranda baş verən zəlzələdə yaralıların sayı 729-a çatıb.

İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi bu barədə məlumat verib.

Onun sözlərinə görə, 37 nəfər xəstəxanaya yerləşdirilib.

***

İranda baş verən zəlzələdə yaralıların sayı 634-ə çatıb. Zəlzələdə ölüm faktı qeydə alınmayıb.

Bunu İranın Kirmanşah vilayətinin valisi Huşəng Bazubənd deyib.

Onun sözlərinə görə, yaralıların vəziyyəti yaxşıdır.

Vali əlavə edib ki, baş verən zəlzələdə su, elektrik və qaz kəsilməyib.

***

İrandakı dəhşətli zəlzələdə xəsarət alanların sayı 550 nəfərə çatıb.

Bu barədə yerli Press TV məlumat yayıb.

Qeyd olunub ki, təkanlar Bağdad və Azərbaycanda da hiss edilib.

***

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 411 nəfərə çatıb.

Bu barədə Kermanşah əyalətinin qubernatoru Huşanq Bazvand bildirib.

***

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 350 nəfərə çatıb.

Bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

***

İranın qərbindəki Kermanşah vilayətində baş vermiş 6,3 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı 114 nəfərə çatıb.

Bu barədə Publika.az "PressTV" telekanalına istinadən xəbər verir.

***

İran-İraq sərhədində baş verən zəlzələ zamanı azı 70 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə "PressTV" İranın hakimiyyət orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.

***

İran - İraq sərhədində 6.3 maqnitudalı zəlzələ baş verib.

Publika.az xəbər verir ki, yeraltı təkanların episentri Bağdaddan 150 km şimali-şərqdə olub.

Dağıntı və insan tələfatı haqda məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm