İranda DƏHŞƏTLİ TERROR: Ölənlər və yaralananlar var - FOTO/VİDEO
Bizi izləyin

Region

İranda DƏHŞƏTLİ TERROR: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

İranın cənub-şərqindəki Sistan və Bəlucistan ostanındakı Çabahar şəhərində hərbi bazanın ətrafında partlayış baş verib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda əyalətin qubernatorun təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd Hadi Maraşi bildirib.

“Bu səhər Çabaharda hərbi bazanın ətrafında partlayıcı qurğu işə salınıb. Nəticədə, 3 nəfər ölüb, 19-u yaralanıb”, - Maraşi deyib.

Onun sözlərinə görə, bomba avtomobilin içində quraşdırılmışdı.

“Al Mayadeen” telekanalı isə partlayış baş verən ərazidə atəş səslərinin eşidildiyini xəbər verib.

"Tasnim" agentliyin isə 4 nəfərin öldüyünü, xeyli sayda adamın yaralandığını bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm