Putin açıqladı: Meteorit kimi yox olacaqlar
Bizi izləyin

Region

Putin açıqladı: Meteorit kimi yox olacaqlar

Rusiyanın Müdafiə Nazirliyi tərəfindən sınaq uçuşu keçirilən “Avanqard” səsdən sürətli raketin testi uğurla tamamlanıb.

Publika.az xəbər verir ki, Orenburq şəhərində gerçəkləşdirilən sınağı dövlət başçısı Vladimir Putin Milli Müdafiə Nəzarət Mərkəzindən şəxsən izləyib.

Bu barədə Kremldən rəsmi açıqlama verilib. Xəbərə görə, Orenburq şəhərindən atılan raket Kamçatka yarımadasındakı bir hədəfi uğurlu şəkildə vurub.

V.Putin sınaqdan sonra raketin ərsəyə gəlməsinə əməyi keçən hər kəsə təşəkkür edib.

Dünyada bənzəri olmayan yeni silahların istehsalında ciddi və əhəmiyyətli addımlar atıldığını deyən Putin 14-cü illik Mətbuat Konfransında “Avanqard” raket sisteminin seriyalı istehsalının başlandığını, “Sarmat” qitələrarası ballistik raketin sınağının uğrula keçdiyini, “Kinjal” səsdən sürətli raket sisteminin təyinatı üzrə işini yerinə yetirdiyi, "Peresvet" döyüş lazer sisteminin istifadəsinin asanlaşdırıldığını açıqlamışdı.

Putin hədəfinə səs sürətindən 20 qat sürətli gedib çatdığı iddia edilən “Avanqard”ın hədəflərini meteorit kimi məhv edəcəyini demişdi.

Bu raketin üstün manevr qabiliyyətinə sahib olduğu, 9 km yüksəklikdən uça bildiyi deyilir. Raketin həm ənənəvi, həm də döyüş başlığı daşımaq qabiliyyəti belə var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm