Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkarlandı
Bizi izləyin

Region

Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkarlandı

Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib.

“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyanhadisəyə münasibət bildirərək onu bəsitləşdirməyə çalışıb: “Gəlin, buna “donuz qripi" deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.

Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, yanvarın 8-də "donuz qripi" simptomları ilə 642 vətəndaş poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) ölənlərin sayı 11-ə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm