Region
İran silahlarını Rusiyaya daşıyan şəxslə bağlı sensasion məlumatlar
İranın Rusiyaya silah tədarükünün dörddə birini Hüseyn Şamxani təmin edir.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberq” nəşri mənbələrinə istinadən məlumat yayıb.
H.Şamxani İranın keçmiş müdafiə naziri Əli Şamxaninin oğludur və hazırda dini lider Əli Xameneinin müşaviri vəzifəsində çalışır. O, İran silahlarının Moskvaya satışında əsas rol oynayır.
Şamxani sanksiyalara qoşulmayan ölkələrdə İran və Rusiyadan neft və neft məhsulları idxaç edən şirkətlər şəbəkəsinə sahibdir. Onun biznes imperiyasına London, Cenevrə və Sinqapurda ofisləri olan xüsusi fond, həmçinin, tanker və yük gəmilərinin daxil olduğu donanma da daxildir. Şamxaninin şirkətləri ilə bağlı olan ən azı iki gəmi 2023-cü ildə Xəzər dənizi vasitəsilə Rusiyaya silah və PUA-lar daşıyıb.
Agentliyin mənbəsi iddia edir ki, Moskva bu yüklərin pulunu neftlə ödəyir.
Asif
-
ABŞ08:15ABŞ bu ölkədə antiterror əməliyyatına başladı
-
Nida Xəbər 07:55Azərbaycanda hərbi xidmət müddəti AZALDILACAQ - Ekspert
-
Ekopublika.az06:46Binalarla bağlı yeni qayda: Mənzillərin qiymətinə necə təsir edəcək?
-
ABŞ02:18Epşteyn işi ilə bağlı sənədlər YAYIMLANDI
-
Qoroskop01:40Günün ulduz falı: Maraqlı görüşlər baş tutacaq
-
Magazin201:20Yeni Türkiyə gözəli seçildi - FOTO
-
Sosial19 Dekabr 20:36Somalidən gətirilən ət satılmayacaq - RƏSMİ
-
Nida Xəbər 19 Dekabr 19:30Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR

























