Region
Tanınmış aktyor: "Ölkədən kimlərin birinci qaçacağını bilirəm"
Bir müddət əvvəl Türkiyədə yayımlanan “Halk Tv” telekanalında bildirdiyi fikirlərə görə məhkəməyə verilən və ölkədən çıxışına qadağa qoyulan məşhur türkiyəli aktyor Müjdat Gezen növbəti dəfə polis bölməsinə gedərək yaşadığı yeri tərk etməməsi sənədinə qol çəkib.
Publika.az “Demirören” xəbər agentliyinə istinadən xəbər verir ki, məhkəmənin qərarına etdiyi etirazın qəbul edilmədiyini, heç bir qanunzidd hərəkətə yol vermədiyini deyən aktyor hələ də hansı səbəbdən ittiham edildiyini bilmədiyini deyib. İstanbulun Kadıköy adlanan hissəsindəki şöbədə vəkillərinin iştirakı ilə iltizamı imzalayan aktyor ölkədən qaçmaq niyyətinin olmadığını deyib: “Mənimlə birgə hüquqşünaslar var. Bir insan nə üçün qətimkan tədbiri olaraq iltizama qol çəkər? Ölkədən qaçmasın, məhkəmə sübutlarını məhv etməməsi üçün. Dəlil zatən onların öz əllərindədir, həmin görüntülərdə hər hansı cinayət tərkibi yoxdur. Qaldı ki, ölkədən xaricə qaçmağa. Əgər ölkədən hamı gedəsi olsa, ən axırıncı çıxacaq adam mənəm. Mən kimlərin ilk olaraq ölkədən qaçacağını bilirəm, amma adlarını deməyəcəyəm”.
Məşhur aktyor qanunda tənqid çərçivələri ilə bağlı hər hansı tələbin olmadığını bildirib və barəsində çıxarılmış qərarın absurd olduğunu əlavə edib.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO
-
Hadisə3 Dekabr 22:48
“Sədərək” ticarət mərkəzini su basdı - VİDEO
-
İdman3 Dekabr 22:36
Ayağı bir neçə yerdən sınan futbolçu ilə bağlı daha bir ÜZÜCÜ XƏBƏR
-
Sosial3 Dekabr 21:48
Bu rayonda vəzifəli şəxs işdən ÇIXARILDI
-
Magazin13 Dekabr 21:24
"Kamerton" Gülnarə illər sonra efirdə - VİDEO
-
İdman3 Dekabr 19:48
Azərbaycan kuboku matçında BƏDBƏXT HADİSƏ