Region
Daha bir siyasi məhbus Təbriz həbsxanasında aclığa başladı - Polis hərəkətə keçdi
Tanınmış cənubi azərbaycanlı insan hüquqları müdafiəçisi Abbas Lisani saxlandığı təcridxanada aclıq aksiyasına başlayıb.
Publika.az xəbər verir ki, fəalın yaxınları onun saxlanmasının səbəbini öyrənmək istəsə də, buna nail ola bilməyiblər.
Onlar yanvarın 22-si axşam saatlarında fəalın aclıq aksiyasına başladığını bildiriblər. Abbas Lisani bundan əvvəl ETTELAAT İdarəsinin təcridxanasına aparıldığı andan aclıq aksiyasına başlayacağını bildirmişdi. O, aksiyasının səbəbini yemək vasitəsi ilə zəhərlənmə və özünə qarşı sui-qəsd ehtimalı ilə izah edib.
Azərbaycanlı fəal yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra Təbriz Prokurorluğunda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Yanvarın 20-də isə Təbrizdən Ərdəbilin ETTELAAT İdarəsinə köçürülüb. Lisaniyə saxlandığı gündən yaxınları ilə görüşmək, hətta telefon əlaqəsi saxlamaq icazəsi verilməyib. Bu məsələ Lisani ailəsinin ciddi narahatlığına səbəb olub. Təbriz və Ərdəbilin məhkəmə orqanları azərbaycanlı fəalın Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasından sonra saxlanması və onun Ərdəbilin ETTELAAT İdarəsinə köçürülməsinin səbəbini açıqlamaqdan imtina edir.
Qeyd edək ki, tanınmış fəal bundan əvvəl də qanunsuz saxlandığı və həbs edildiyi zaman öz hüquqlarının müdafiəsi uğrunda dəfələrlə uzunmüddətli aclıq aksiyaları keçirib.
Zümrüd
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO