Region
Müharibəyə GÜNLƏR QALDI: Ərdoğanın sözlərinin şifrəsi ortaya çıxdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Suriyanın şimalında planlaşdırılan əməliyyatla bağlı əhəmiyyətli mesajlar verdi.
“Bu məsələlərlə bağlı cənab Trampla səmərəli danışıqlar aparırıq, amma aşağı səviyyədə eyni səmərəni əldə edə bilmirik. Heç bir qənaətbəxş plan yoxdur. Razılaşamalara sadiqiq. Ancaq səbrimiz sərhədsiz deyil. Terrorçular Münbiçdən bir neçə həftəyə çəkilməzsə, gözləmə müddəti başa çatacaq. Öz planlarımızın həyata keçirilmə yolları ortaya çıxacaq”, - prezident ABŞ-a dəqiq mesaj verib.
Publika.az xəbər verir ki, təhlükəsizlik və strategiya üzrə ekspert Abdullah Ağar prezident Ərdoğanın sözlərini şərh edib.
“Bu cür məsələlərdə dövlət adamları qərarlılıqlarını bəlli edərlər. Qarşı tərəfin reaksiyasını və reflekslərini ölçmək istəyirlər. Ortaya qoyulmuş iradə nəticəsində hərəkətə keçərlər. Nəticədə, mən səninlə işbirliyi içərisindəyəm. Münbiçdə bir model yaradacağam, bunu etmədiyim təqdirdə, ərazi bütövlüyümə və unitar quruluşuma təhdid olan terror təşkilatı ilə mübarizə aparmaq məcburiyyətindəyəm”, - ekespert bildirib.
O, Türkiyənin mövqeyi çox dəqiq, təməl yanaşmanın isə Türkiyə və Suriyanın unitar quruluşunun qorunması olduğunu deyib.
Abdullah Ağar Münbiçdə əməliyyatın çox yaxın olduğunu vurğulayıb: “Qarqamış, Urfa və Mardində sərhəd xəttinin yaxınlığında səhra xəstəxanaları qurulmaq üzrədir. Bu, əslində əməliyyatın yaxınlaşdığını göstərən ən vacib işarələrdən biridir. Soçi görüşündən sonra bu barədə yekun qərarının veriləcəyini düşünürəm”.
Qeyd edək ki, fevralın 14-də Rusiya, Türkiyə və İran prezidentləri - Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriya məsələsini müzakirə etmək üçün Soçidə görüşəcəklər.
Ömər Dağlı
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!