İran ABŞ PUA-larını məhv etdi
Bizi izləyin

Region

İran ABŞ PUA-larını məhv etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran və Suriya üzərində uçan ABŞ pilotsuz uçuş aparatlarını (PUA) məhv edib.

Publika.az xəbər verir ki, bu sözləri SEPAH-ın Aerokosmik Qüvvələrinə rəhbərlik edən Əli Hacızadə deyib.

Onun sözlərinə görə, ordu 7, yaxud 8 PUA-dan kəşfiyyat məlumatları ələ keçirib.

“Məlumatları izlədik və “birinci əl”ə çıxış əldə edə bildik”, - deyə Hacızadə bildirib.

Qeyd edək ki, SEPAH 2017-ci ildə də bənzər açıqlama yaymışdı.

O zaman İran hərbi qüvvələrinin ABŞ mərkəzi qərargahına əldə etdiyi informasiya çıxışında Vaşinqtonun İŞİD-ə dəstək olduğu barədə məlumatların ələ keçirildiyi deyilmişdi. (Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm