İrandan ABŞ-ın sensasion addımına SƏRT REAKSİYA: Ordunu...
Bizi izləyin

Region

İrandan ABŞ-ın sensasion addımına SƏRT REAKSİYA: Ordunu...

“ABŞ ordusunu terror siyahısına əlavə edə bilərik”.

Publika.az xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici əlaqələr komitəsinin sədri Həşmətullah Fəlahətpişə deyib.

Sədr bu sözləri ABŞ-ın İran İnqilab Keşikçiləri Ordusunu xarici terror təşkilatı elan etməsinə cavab reaksiyası olaraq söyləyib. “ABŞ-ın inqilab keşikçilərini xarici terror təşkilatları siyahısına daxil etməsi təqdirində bu ölkənin ordusunu İŞİD terror təşkilatının yanında qara siyahıya siyahıya salacağıq”, - Fəlahətpişə bildirib.

“Wall Street Journal” nəşrinin xəbərinə görə, Vaşinqton hökuməti İran Silahlı Qüvvələrinin İnqilab Keçikçiləri Korpusunu gələn həftə xarici terror təşkilatları siyahısına salmaq barədə qərar qəbul edib. Bu qərarın qüvvəyə minməsi ilə ABŞ ilk dəfə başqa bir ölkənin ordusunu TERROR SİYAHISINA salmış olacaq.

Vaşinqton bu zamana qədər İnqilab Keşikçiləri Ordusu ilə əlaqəsi olan onlarla şəxs və qurumu terror siyahısına daxil etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm