Türkiyə və Rusiyadan ABŞ-ı ŞOKA SALACAQ PLAN: bir neçə gün sonra...
Bizi izləyin

Region

Türkiyə və Rusiyadan ABŞ-ı ŞOKA SALACAQ PLAN: bir neçə gün sonra...

Rusiya F-35 qırıcılarının əvəzinə tədarük ediləcək alternativ döyüş təyyarələri mövzusunda Türkiyə ilə danışmağa hazırdır.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda “Rosoboroneksport” dövlət müdafiə şirkətinin başçısı Aleksandr Mixeyev bildirib.

“Əgər Türkiyə tərəfi müzakirələr üçün bizə müraciət edərsə, Türkiyəyə imkanlarımız daxilində Rusiya döyüş təyyarələrinin tədarükü ilə bağlı danışmağa hazırıq”, - o deyib.

Mixeyev S-400 zenit-raket komplekslərinin istehsalının Türkiyədə qismən həyata keçirilməsi mövzusunda razılaşmanın təmin edildiyini söyləyib. Şirkət rəhbəri 30 aprel-3 may tarixlərində İstanbulda keçiriləcək 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Rusiya və Türkiyənin mühərrik, təyyarə və helikopter istehsalı sahəsindəki bütün layihələrə bağlı bir proqramı üzərində danışıqlar aparacağını vurğulayıb.

Daha əvvəl Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib ki, ABŞ Türkiyəyə F-35 beşinci nəsil qırıcılarını satmaqdan imtina etdiyi halda, Ankara ehtiyacını başqa ölkədən analoji təyyarələrə təmin edəcək.

“Biz S-400 alırıq? Çünki hava hücumundan müdafiə sisteminin təcili buna ehtiyacı var. Biz F-35 qırıcılarının istehsalı proqramı üzrə partnyoruq, bu layihədə iştirak edirik, bunun üçün lazımi məbləği ödəmişik. Hazırda bu məsələdə heç bir problem yoxdur. Amma hadisələrin inkişafının ən pis ssenarisi halında, biz ehtiyacımızı başqa - bizə ən yaxşı texnologiyalar təklif olunan yerdən təmin etməli olacağıq”, - Çavuşoğlu deyib.

Qeyd edək ki, ABŞ-ın iddiasına görə, Rusiya zenit-raket kompleksləri NATO-nun standartları ilə uyğun gəlmir. Vaşinqton onları alacağı halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunacağını açıqlayıb.

Türkiyə beşinci nəsil qırıcılarının istehsalı üzrə ABŞ-ın beynəlxalq proqramının iştirakçılarından biridir. Ankarada bir neçə dəfə bildirib ki, S-400 Amerika F-35-ləri üçün təhlükə yaratmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm