ABŞ və Türkiyə Aralıq dənizində QARŞI-QARŞIYA: Bu dəfə türk gəmiləri...
Bizi izləyin

Region

ABŞ və Türkiyə Aralıq dənizində QARŞI-QARŞIYA: Bu dəfə türk gəmiləri...

“ABŞ Türkiyənin Cənubi Kiprin Şərqi Aralıq Dənizində iqtisadi bölgəsi olaraq müəyyən edilən zonada enerji axtarışından (hidrokarbon qaynaqları – red.) narahatdır”.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Marqan Ortaqus deyib.

Məsələ ilə bağlı yazılı açıqlama verən mətbuat katibi bildirib ki, bu, olduqca təxribatçı addımdır: “Bölgədə gərginliyin artması riski var. Türk rəsmilərini bu fəaliyyətlərinə son verməyə və bütün tərəfləri uzlaşmaya dəvət edirik”.

ABŞ-ın Cənubi Kipri qorumaq üçün atdığı bu addım cavabsız qalmayıb. Türkiyə Xarici İşlər Nazirliyi açıqlamaya sərt reaksiya verib. Bildirilib ki, açıqlamada iddia olunanların gerçəklik payı yoxdur: “Türkiyə Şərqi Aralıq dənizində ölkələrin sərhədlərinə dair mövqeyini 2004-cü ildə açıq şəkildə ortaya qoyub. Cənubi Kiprin bölgə ölkələri ilə sərhəd məsələsində əldə etdiyi razılaşma Türkiyə üçün keçərli deyil. Türkiyənin dəniz sərhədləri BMT-nin nəzdində qeydə alınıb. Axtarış və seysmik gəmilərin fəaliyyəti qətiyyətlə davam edəcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm