Şəhərin mərkəzində BOMBA PARTLADI: Ərdoğan səbəbi açıqladı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Region

Şəhərin mərkəzində BOMBA PARTLADI: Ərdoğan səbəbi açıqladı - FOTO - (YENİLƏNDİ)

Reyhanlı ilçəsində baş verən partlayışda avtomobilin içində olan hər 3 şəxs ölüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölənlərin hamısı suriyalıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin terror məqsədilə təşkil oluna biləcəyini deyib. “Suriyalı üç insan... Amma avtomobilin içində bomba olduğu bəllidir. Zənn edirəm ki, qısa zamanda Daxili İşlər Nazirliyinin araşdırmaları nəticəsini verəcək. Amma hazırkı təsbitlər göstərir ki, hadisə terror məqsədilə törədilmiş ola bilər”.

***

14:58

Partladılan avtomobildə 3 nəfər olub. Onlardan ikisi ölüb, biri ağır yaralıdır.

Publika.az xəbər verir ki, bunu Reyhanlı bələdiyyəsinin sədri Mehmet Hacıoğlu bildirib. Bələdiyyə sədri əlavə edib ki, hadisə zamanı başqa yaralanan olmayıb.

***

Türkiyənin Hatay şəhərinin Reyhanlı ilçəsində dəhşətli partlayış meydana gəlib.

Publika.az xəbər verir ki, ilçənin mərkəzində avtomobilə yüklənmiş bomba partladılıb.

Hadisədə ölən və yaralananların olduğu bildirilir.

Olay yerinə çox sayda təcili yardım maşını və polis göndərilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm