Bu, NATO-nun cənub qanadına mənfi təsir edəcək - Hulusi Akar
Bizi izləyin

Region

Bu, NATO-nun cənub qanadına mənfi təsir edəcək - Hulusi Akar

Türkiyənin F-35 proqramından çıxarılması xüsusilə, NATO-nun cənub qanadına mənfi təsir edəcək.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sözləri ölkənin müdafiə naziri Hulusi Akar bildirib.

“Türkiyənin təktərəfli və ədalətli olmayan bir qərarla layihədən çıxarılmağa çalışılmasının qanuni bir əsasa söykənmədiyi açıqdır. ABŞ-dan münasibətlərimizə zərər verə biləcək addımlardan qaçmasını gözləmək strateji tərəfdaş kimi ən təbii hüququmuzdur”, - nazir deyib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Rusiyadan S-400 zenit-raket sistemləri alması ilə əlaqədar olaraq Türkiyənin F-35 proqramından çıxarılacağını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm