Qardaş ölkədən SƏRT MESAJ: Türkiyə ordusunun ən elit dəstələri hərəkətə keçdi - FOTO/VİDEO
Bizi izləyin

Region

Qardaş ölkədən SƏRT MESAJ: Türkiyə ordusunun ən elit dəstələri hərəkətə keçdi - FOTO/VİDEO

Şərqi Aralıq dənizində axtarış-kəşfiyyat fəaliyyətlərini davam etdirən Türkiyə bölgədəki gəmilərini hərbi müdafiəsini təmin edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu vəzifəni “Aralıq dənizi Qalxanı Əməliyyatı” çərçivəsində hərbi gəmilər yerinə yetirir.

Türk gəmilərinin müdafiəsi fəaliyyətinə SAT komandolarının (Türkiyə Dəniz Qüvvələri komandanlığının ən elit dəstələri sayılır –red.) da qatıldığı bildirilir.

Qeyd edək ki, enerji ehtiyatları ilə zəngin olan Şərqi Aralıq dənizi hazırda dünyanın hərbi qarşıdurma ehtimalı ən yüksək olan regionlarından sayılır. Türkiyə bir sıra region ölkələri, həmçinin Qərbin etirazlarına baxmayaraq, öz haqlarını istənilən yolla müdafiə edəcəyini hər addımda bəyan edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm