Ərdoğan ABŞ-la razılaşmadan danışdı: Fəratın şərqində...
Bizi izləyin

Region

Ərdoğan ABŞ-la razılaşmadan danışdı: Fəratın şərqində...

Türkiyə Suriyanın şimalında təhlükəsiz bölgə qurulması ilə bağlı ABŞ-la razılığa gəldi.

Publika.az xəbər verir ki, Türkiyədə qurulacaq Ortaq Hərəkət Mərkəzi ilə hər iki tərəf prosesə nəzarət edəcək.

Təhlükəsiz bölgənin adı “Sülh koridoru” olacaq və Türkiyənin istədiyi kimi 30-40 km-ə qədər Suriyanın içərilərinə doğru uzanacaq. Bölgədəki YPG terror təşkilatı silahsız şəkildə uzaqlaşdırılacaq və suriyalı qaçqınlar evlərinə geri qayıdacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, bütün bunlarla yanaşı, ABŞ gizli şəkildə prosesi uzatmağa davam edərsə, Ankara hərbi planını işə salacaq və təkbaşına bölgəyə daxil olacaq. Türkiyə Silahlı Qüvvələri YPG/PYD-nin işğalı altında olan Fəratın şərqində keçirilə biləcək hərbi əməliyyat üçün bütün hazırlıqlarını tamamlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm