Məhkəmə arvadını öldürən sabiq icra başçısı haqda QƏRAR VERDİ
Bizi izləyin

Region

Məhkəmə arvadını öldürən sabiq icra başçısı haqda QƏRAR VERDİ

Öz həyat yoldaşını öldürən Tehranın sabiq icra başçısı Məhəmmədəli Nəcəfi girov qarşılığında azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, o, bir neçə saat əvvəl Evin həbsxanasından azad edilib.

Qeyd edək ki, Məhəmmədəli Nəcəfi may ayının sonlarında naməlum səbəblərdən ikinci həyat yoldaşı Mitra Ustadı odlu silahdan atəş açaraq öldürmüşdü. Məhkəmə onu qəsdən adam öldürməkdə təqsirli bilsə də, mərhumun ailəsi Nəcəfini bağışlamış və qisas hökmündən vaz keçmişdi.

Mitra Ustadın ailəsinin hansı səbəbən qatili bağışlaması ilə bağlı məlumat verilməyib.

Məhkəmədən öncə onlar qisas hökmünün icrasını tələb edəcəklərini bildirirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm