Xamenei MEYDAN OXUDU: əgər ABŞ bunu edərsə...
Bizi izləyin

Region

Xamenei MEYDAN OXUDU: əgər ABŞ bunu edərsə...

“ABŞ-la heç bir səviyyədə rəsmi görüşlər keçirilməyəcək”.

Publika.az xəbər verir ki, bunu İranın dini lideri Ayətullah Əli Xamenei deyib.

IRNA-nın xəbərinə görə, paytaxt Tehranda çıxış edən dini lider prezidentdən Xarici işlər nazirinə qədər ölkədəki bütün rəsmilərin birlik olub ABŞ ilə ikili və ya toplu görüş keçirməyəcəklərini elan etdiklərini bildirib.

ABŞ prezidenti Donald Trampın ölkəsindəki müxalifətlə Avropa ölkələrinə İranla mübarizənin yeganə yolunun maksimum təzyiq olduğunu isbat etməyə çalışdığını deyən Xamenei Tehran hökumətinin müzakirə masasına əyləşməsinin Vaşinqtona boyun əymək mənasına gəldiyini vurğulayıb.

“Əgər ABŞ sözünü geri götürüb, tövbə edib, çıxdığı nüvə razılaşmasına geri qayıtsa, razılaşma masasındakı digər ölkələrlə birlikdə görüşlərə qatıla bilər. Bundan başqa, Nyu-Yorkda və ya başqa bir yerdə iranlılarla amerikalılar arasında hər hansı görüş baş tutmayacaq”,- dini lider bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm