İstanbul zəlzələsinin səsi yer altında belə qeydə alındı - FOTO/AUDİO
Bizi izləyin

Region

İstanbul zəlzələsinin səsi yer altında belə qeydə alındı - FOTO/AUDİO

İstanbul ötən gün baş verən və böyük təlaşa səbəb olan zəlzələnin yer altındakı səs qeydi ortaya çıxıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, səs qeydi bir neçə universitetin təmsil olunduğu Vaşinqtondakı Seysmologiya üzrə Birgə Tədqiqat Qurumları (IRIS) tərəfindən rəsmi saytında paylaşılıb.

5 saniyəlik səs qeydində əvvəlcə güclü bir qırılmanı göstərən gurultunun ardınca titrəmə səsi eşidilir.

Qeyd edək ki, İstanbulun Silivri bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib. AFAD zəlzələnin episentrinin 6,99 km dərinlikdə olduğunu açıqlayıb. Sarsıntı şəhərdə şiddətli şəkildə hiss edilib. Zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm