Region
Çavuşoğlu detalları açıqladı: bombardman... - Türkiyədən TARİXİ QƏLƏBƏ
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu “Sülh çeşməsi” əməliyyatı ilə bağlı Ankarada keçirilən yüksək səviyyəli Türkiyə-ABŞ danışıqları ilə bağlı açıqlama verib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazir atəşkəsdən söhbət getmədiyini, əməliyyata fasilə veriləcəyini və müəyyən olunan müddətdən sonra davam etdiriləcəyini bildirib.
"Sülh çeşməsi" əməliyyatını 120 saat müddətində dayandıracağıq. Bu, atəşkəs deyil. Atəşkəs yalnız iki legitim tərəf arasında ola bilər. Terrorçular bölgəni tamamilə tərk etdikdən sonra əməliyyatı dayandıra bilərik", - o qeyd edib.
Çavuşoğlu Türkiyənin istədiyini əldə etdiyini deyib. O, YPG-nin silah-sursat anbarlarının və hərbi-istehkam nöqtələrinin bombardman ediləcəyini, YPG-nin çıxdığı bölgənin tamamilə Türkiyənin nəzarətində olacağını söyləyib.
Türkiyəli nazir bildirib ki, Fəratın şərqində 32 kilometr dərinlikdə və İraq sərhədinə kimi, yəni 444 kilometrlik ərazidə bir terrorçunun belə qalmaması və burada təhlükəsiz bölgənin qurulması Türkiyənin təhlükəsizliyi üçün vacibdir.
Qeyd edək ki, bu gün Türkiyə-ABŞ danışıqlarının nəticəsi olaraq “Sülh çeşməsi” əməliyyatı ilə bağlı razılaşma əldə edilib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Son məlumata görə, razılaşmanın əldə edilməsindən dərhal sonra YPG bölgədən çəkilməyə başlayıb. Bu haqda Ankarada olan ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.
-
Banklar 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin120:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO
-
İKT20:36
Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin220:24
Ögey anası ilə gizli eşqə qadağa... - FOTO
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ: sabah bu ərazilərdə QAZ OLMAYACAQ
-
Sosial19:12
Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ - FOTO
-
Sosial19:00
Azərbaycanda əlilliyi olan şəxslər və uşaqlarla bağlı XÜSUSİ QRUP YARADILDI
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı