Ərdoğandan dünyanı SİLKƏLƏYƏCƏK SÖZLƏR: "Lazım olsa, təhlükəsiz bölgə sahəsini..."
Bizi izləyin

Region

Ərdoğandan dünyanı SİLKƏLƏYƏCƏK SÖZLƏR: "Lazım olsa, təhlükəsiz bölgə sahəsini..."

“Əsgərlərimizə hücum hələ də davam edir. Bölgəni addım-addım gəzirik. Bu xəttin xaricindən hücumlara ən sərt şəkildə cavab verəcək və lazım olsa, təhlükəsiz bölgə sahəsini genişləndirəcəyik”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

“BMT Baş Assambleyasının son toplantısında layihələrimizi təqdim etdim. Hamısı çox yaxşıdır, amma dəstək məsələsinə gələndə heç birindən səs çıxmır. Məzlumun yanında deyillər. Əsla belə bir addım atmağa niyyətləri yoxdur. Bunlar sadəcə öldürməyi bilirlər. Sadəcə silah satmağı bilirlər. Bizim B, C planımız da var. Zamanı gələndə onları da gerçəkləşdirəcəyik. Neft deyəndə qaçarlar, geri durmazlar. Bunlar üçün neftin bir qramı minlərlə insanın qanına bərabərdir. Əməliyyat məsələsinə gəlincə, Qərb onu dayandırmağımızı istəyir. Məni Berlinə çağırırsan (Almaniya kansleri Angela Merkeli nəzərdə tutur - red.). Mən turistəm? Nə işim var orada? Səmimisinizsə, buyurun, hadisənin baş verdiyi yerə gəlin. Bəlkə sizə sərhədləri də gəzdirərik. Ən son dedik ki, 3-4 dekabrda NATO-nun Zirvə Toplantısında görüşə bilərik”, - Ərdoğan qeyd edib.

Jurnalistin “ABŞ-a gedəcəksinizmi” sualına Ərdoğan “hələ qərar verməmişəm, sual altındadır” sözləri ilə cavab verib. Rusiya prezidenti Vladimir Putinləsə hər an görüşə biləcəyini dilə gətirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm