Sovet bayrağı gəzdirən şəxsə hökm oxundu
Bizi izləyin

Region

Sovet bayrağı gəzdirən şəxsə hökm oxundu

Ukraynanın Odessa vilayətinin sakini 9 may günü üzərində “Vətən mühaibəsi” yazılan və Georgi lenti olan al bayrağı nümayiş etdirdiyinə görə məhkəmə tərəfindən şərti olaraq bir il müddətinə azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə “News One” televiziyası məlumat verib.

“İzmaylov rayonunun sakini Qələbə günü öz velosipedinə Georgi lenti və üzərinə “Vətən müharibəsi” yazılan bayraq bərkitdiyinə görə bir il müdətinə şərti olaraq azadlıqdan məhrum edilib”, - deyə efirdə bildirilib.

Qeyd edək ki, 2015-ci ilin mayından etibarən Ukraynada “Kommunist və nasist rejimləri” mühakimə edən qanun qüvvədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm