Təyyarə qəzası ilə bağlı daha bir AÇIQLAMA: İllərlə vaxt lazım olacaq
Bizi izləyin

Region

Təyyarə qəzası ilə bağlı daha bir AÇIQLAMA: İllərlə vaxt lazım olacaq

“Təyyarənin qara qutusunun oxunması aylarla davam edə bilər”.

Publika.az xəbər verir ki, bu sözləri İran Mülki Aviasiya İdarəsinin rəhbəri Əli Əbizadə deyib.

Ukrayna Hava Yollarına aid “Boeing 737” tipli sərnişin təyyarəsinin Tehranda qəzaya uğraması ilə bağlı danışan Əbizadə bildirib ki, istintaqın yekunlaşması 1-2 il vaxt alacaq.

“Kanada və İsveçdən qəzanın araşdırılması üçün dəstək istədik. Reallığın ortaya çıxması üçün səmimi olduğumuzu görürsünüz”, - rəhbər qeyd edib.

Qeyd edək ki, daha əvvəl İran tərəfindən qara qutunun tapıldıqdan sonra “Boeing” şirkətinə təhvil verilməyəcəyi açıqlanmışdı.

Xatırladaq ki, 8 yanvarda baş verən qəzada 176 nəfərin hamısı həlak olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm