Türkiyə əhalisinin sayı artdı
Bizi izləyin

Region

Türkiyə əhalisinin sayı artdı

Türkiyə əhalisinin sayı bəlli olub.

Publika.az xəbər verir ki, 2019-cu ildə əvvəlki ilə nisbətən 1 milyon 151 min 115 nəfərlik artım qeydə alınıb.

Beləliklə, "Ünvana bağlı əhali qeydiyyatı sistemi"nə görə, Türkiyə əhalisinin sayı 83 milyon 154 min 997 nəfərə çatıb.

Ölkənin ən böyük şəhəri olan İstanbulda rəsmi qeydiyyatla 15 milyon 519 min 267 nəfər yaşayır. Paytaxt Ankarada isə 5 milyon 639 min 76 nəfər qeydiyyatdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm