Qar həyatı İFLİC ETDİ: 142 kəndlə əlaqə kəsildi
Bizi izləyin

Region

Qar həyatı İFLİC ETDİ: 142 kəndlə əlaqə kəsildi

İranın şimalında yerləşən Gilan vilayətində güclü qar nəticəsində 194 kəndin elektrik enerjisi kəsilib.

Publika.az xəbər verir ki, Gilan regional elektrik şirkətinin icra direktoru Əzim Bülbülabadi deyib.

Ə.Bülbülabadinin sözlərinə görə, elektrik xətlərinə ciddi şəkildə ziyan dəydiyi üçün bir neçə rayonda paylayıcı stansiyaların fəaliyyəti dayandırılıb.

Hazırda Qəzvin-Rəşt magistral yolu bağlanıb. İran yol polisi Gilan vilayətinə səfər etməməyi məsləhət görüb.

İranın Ərdəbil vilayətinin Xalxal rayonu qubernatoru Firudin Babayi rayonun 142 kəndi ilə əlaqənin kəsildiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm