Region
İran-İraq sərhədi bağlandı

İraq İranla sərhədini müvəqqəti bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə İranın Gömrük Administrasiyasından məlumat verilib.
Bildirilib ki, İraq dövləti sərhədlərin 1 həftə müddətinə - 15 martadək bağladığını elan edib.
Məlumata görə, İraq dövləti yeni koronavirusun yayılması ilə mübarizəni gücləndirmək və gömrüklərdə səhiyyə avadanlıqlarının artırılması məqsədilə bu addımı atıb.
Məlumatda qeyd olunur ki, İranın gömrük rəsmiləri və İraq tərəfi arasında gömrüklərin tez bir zamanda səhiyyə avadanlıqları ilə təmin olunması və nəzarətlərin gücləndirilməsi üzrə müzakirələr aparılır və İraq tərəfinə bir həftənin bir neçə gün azaldılması təklif olunub.
Qeyd edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (7 mart) 5 823 nəfərin yeni koronavirusa yoluxduğunu, 145 nəfərin öldüyünü və 1 669 nəfərin sağaldığını təsdiqləyib. İranda koronavirusun yayılması ilə qonşu ölkələr İranla sərhədlərdə məhdudiyyətlər tətbiq ediblər.

-
Region00:34
Ceyhun Bayramov bu gün İrana gedəcək
-
Nida Xəbər 3 İyul 23:40
Mərkəzi Bank və Dünya Bankı arasında əməkdaşlıq müzakirə edildi
-
Region3 İyul 22:19
Qonşuda genişmiqyaslı aksiya başladı
-
Nida Xəbər 3 İyul 22:15
Avstraliyadan Ukraynaya 100 milyonluq yardım gələcək
-
MDB3 İyul 21:48
Kreml: "Kiyevin ikinci şansı olmayacaq"
-
MDB3 İyul 20:28
Özbəkistanda minlərlə yaralı xəstəxanalara yerləşdirildi
-
Nida Xəbər 3 İyul 20:03
Azərbaycanlıların yaşadığı rayonda silahlı insident: yaralı var
-
Avropa3 İyul 18:36
Berlin HƏRƏKƏTƏ KEÇDİ: Ukraynanın təhlükəsizliyi üçün...