Türkiyədə terror aktında 5 dinc sakin öldü - Əməliyyat başladı
Bizi izləyin

Region

Türkiyədə terror aktında 5 dinc sakin öldü - Əməliyyat başladı

Türkiyənin Diyarbəkir bölgəsinin Kulp rayonuna PKK terror təşkilatının hücumu baş tutub.

Publika.az xəbər verir ki, terrorçuların quraşdırdığı bomba odun yığmağa gedən kəndlilərin avtomobili keçərkən partlayıb.

Nəticədə 5 nəfər həlak olub.

Bölgəyə çox sayda jandarm və təcili tibbi yardım briqadaları göndərilib.

Diyarbəkir valiliyindən verilən açıqlamada terrorçuların axtarışlarına başlandığı bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm