Yunanıstandan Türkiyəyə növbəti təhdid – Gərginlik artır
Bizi izləyin

Region

Yunanıstandan Türkiyəyə növbəti təhdid – Gərginlik artır

Türkiyənin Aralıq dənizinin şərqində karbohidrogen axtarışlarının qarşısını kəsməyə çalışan Yunanıstan daha bir təhdid irəli sürüb.

Publika.az
xəbər verir ki, Yunanıstanın Baş Qərargah rəisi Konstantinos Floros “yunan əsgərləri türklərin yolunu kəsəcək” açıqlamasını verib.

Qeyd edək ki, Türkiyə Liviya ilə dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair müqavilə imzalamadıqdan sonra Aralıq dənizində təsir gücünü artırıb. Hazırda Türkiyə Krit, Kipr və Kaşot adalarının şərqindəki 7 bölgədə axtarış işləri aparır. Yunanıstan isə bu bölgələrin onlara aid olduğunu iddia edir. Bundan əvvəl Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulos “Türkiyə ilə müharibəyə hazırıq” açıqlaması vermiş, Türkiyə Müdafiə naziri Hulusi Akar isə bunu “ordumuz bütün vəzifələrin öhdəsindən gəlmək gücündədir” sözləri ilə cavablandırmışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm