Türkiyədə təhlükəli terrorçu məhv edildi - FOTO
Bizi izləyin

Region

Türkiyədə təhlükəli terrorçu məhv edildi - FOTO

Türkiyənin Diyarbəkir və Faraşin bölgələrində həyata keçirilən antiterror əməliyyatlarında zərərsizləşdirilən üç terrorçudan birinin axtarışda olduğu müəyyənləşib.

Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda axtarışına böyük məbləğdə pul mükafatı elan olunan Ekrem İptaşın aviasiya dəstəyi ilə keçirilən əməliyyatda məhv edildiyi bildirilib. Qeyd olunub ki, Siirt, Eruh, Ciraf bölgələrində də uğurlu əməliyyat keçirilib. Burada zərərsizləşdirilən terrorçuların sayı dördə çatıb.

Nazirliyin digər məlumatında isə bildirilib ki, PKK/KCK terror təşkilatlarına qarşı iyunun 14-də Adanada keçirilən antiterror əməliyyatında yeddi nəfər şübhəli şəxs qismində yaxalanıb. Terrorçu dəstədən silah-sursat götürülüb. Digər üç şübhəlinin axtarışı davam edir.

Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatının keçirildiyi bölgəyə daxil olmaq istəyən 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm